Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan bərpa olunan torpaq sahəsinə görə dünyanın ilk üç ölkəsindən biridir

Qazaxıstan bərpa olunan torpaq sahəsinə görə dünyanın ilk üç ölkəsindən biridir


Qazaxıstan bərpa işlərinin əhatə etdiyi torpaq sahəsinə görə dünyada üçüncü yerdədir.

Newscenter.az Kazinform-a istinadən bildirir ki, bu barədə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyi məlumat verib. Nazirlik bildirir ki, BMT-nin hesabatına görə, bu cür işlər 8,13 milyon hektar və ya ölkə ərazisinin təxminən 3%-ni təşkil edir.

Hesabat Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) və Bioloji Müxtəliflik Konvensiyasının Katibliyi tərəfindən hazırlanıb.

İlkin məlumatlara görə, Qazaxıstan bu göstəriciyə görə yalnız Çindən (127,4 milyon hektar) və Monqolustandan (12,18 milyon hektar) geri qalır.

Kənd Təsərrüfatı Nazirliyi qeyd edib ki, torpaqların bərpası ilə yanaşı, onların qorunması və davamlı istifadəsi üçün də işlər görülür. Torpaq şəraitinin qiymətləndirilməsinə, deqradasiyaya uğramış ərazilərin müəyyən edilməsinə və rəqəmsal monitorinq alətlərinin tətbiqinə xüsusi diqqət yetirilir.

2025-2026-cı illərdə 114 milyon hektar ərazi üçün elektron torpaq deqradasiyası xəritələri tərtib edilib. Tədqiqatlar zamanı 2,7 milyon hektar deqradasiyaya uğramış kənd təsərrüfatı torpaqları müəyyən edilib.

Anar
Xəbəri paylaş