Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəblər velosipedlərlə təmin olunacaq

Məktəblər velosipedlərlə təmin olunacaq


Özbəkistan velosiped idmanının təşviqi və inkişafı üçün yeni tədbirləri təsdiqləyib.

Newscenter.az Kazinform-a istinadən xəbər verir ki, ölkə məktəbliləri arasında velosiped idmanını inkişaf etdirmək və milli komandalar üçün perspektivli idmançılar hazırlamaq planlaşdırılır. 

Qərara əsasən, 2030-cu ilə qədər müntəzəm olaraq velosiped sürən sakinlərin sayını 30 min nəfərə çatdırmaq nəzərdə tutulur.

Bundan əlavə, milli komandanın Asiya qitə yarışlarında ilk üçlüyə daxil olmasını təmin etmək, eləcə də Olimpiya lisenziyalarının sayını artırmaq qarşıya məqsəd qoyulub.

2027-ci ilin mart ayından etibarən Daşkənd velosiped idmanının inkişafı üçün ayrıca bir proqram həyata keçirməyə başlayacaq. Xüsusilə, lazımi infrastruktura malik məktəblər 2027-2028-ci illərdə tədricən velosipedlərlə təmin ediləcək.

Həmçinin, 2027-ci ilin mart ayından etibarən sağlam həyat tərzini təşviq etmək və velosiped idmanının populyarlığını artırmaq məqsədi daşıyan idman yarışları və tədbirləri müntəzəm olaraq keçiriləcək.

Süleyman
Xəbəri paylaş