
Brüssel Rusiyaya qarşı mövcud ultimatumlarını davam etdirərsə, Aİ-nin müdaxiləsi Ukrayna münaqişəsinin həlli prosesini çətinləşdirə bilər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bildirib.
"Əgər yanaşmalar ümumiyyətlə dəyişməzsə, ultimatum kimi qalarsa, onda nizamlanma istiqamətində hər hansı bir irəliləyiş görməyimiz ehtimalı azdır", - deyə o, deyib.
Miroşnikin sözlərinə görə, Moskva hələlik Brüssel və Londondan heç bir effektiv nizamlanma təklifi görməyib. Bu arada, Avropa siyasətçiləri sülh prosesində iştirak etmək istəklərini bəyan edirlər.
Diplomat xatırladıb ki, Aİ strukturları son zamanlar Rusiyaya qarşı sanksiyalar tətbiq etmək və vəziyyəti daha da pisləşdirmək məqsədi daşıyan 20-dən çox paket qəbul edib. Miroşnik avropalıların sözləri və hərəkətlərinin çox fərqli olduğunu vurğulayıb.
Anar











































