Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kamçatkada zəlzələ olub

Kamçatkada zəlzələ olub


Kamçatkanın şərq sahillərində Sakit okeanda bir neçə saatlıq fasilə ilə üç seysmik hadisə baş verib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsindən məlumat verilib.

Qurumdan bildirilib ki, ən güclü zəlzələ Petropavlovsk-Kamçatskinin 168 km cənub-şərqində baş verib. Onun episentri dəniz dibinin 49 km dərinliyində yerləşib. Üç saat sonra regional paytaxtdan 161 km məsafədə 3,8 bal gücündə zəlzələ baş verib və səhər tezdən Petropavlovsk-Kamçatskinin 193 km məsafəsində 3,6 bal gücündə seysmik hadisə qeydə alınıb.

Yaşayış məntəqələrində zəlzələnin gücü barədə məlumat verilməyib. Sunami xəbərdarlığı edilməyib. Seysmik aktivlik fon səviyyəsindədir.

Anar
Xəbəri paylaş