
Qeyri-hökumət təşkilatlarının növləri müəyyənləşir.
Newscenter.az APA-ya istinadən xəbər verir ki, bu, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, ictimai birliklər aşağıdakı növlərdən biri üzrə yaradıla bilər:
- peşə sahəsi üzrə ictimai birlik:
- sosial-humanitar sahə üzrə ictimai birlik;
- mədənəiyyət və incəsənət sahəsi üzrə ictimai birlik;
- təhsil və elm sahəsi üzrə ictimai birlik;
- ekologiya sahəsi üzrə ictimai birlik;
- hüquq sahəsi üzrə ictimai birlik;
- iqtisadi sahə üzrə ictimai birlik;
- qanunla müəyyən edilmiş digər növlər.
Fondlar aşağıdakı növlərdən biri üzrə yaradıla bilər;
- İctimai faydalı fond;
- xeyriyyə fondu;
- qanunla müəyyən edilmiş digər növlər.
Layihəyə əsasən, ictimai birlik və fondlar yalnız bir növdə yaradıla bilər. Qeyrihökumət təşkilatları daimi əsaslarla və ya konkret məqsədlərə nail olmaq üçün təsis oluna bilərlər.
İctimai birlik və fond yalnız bir növ yaradıla biləcək.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin 16,17 və 18 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilmiş “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihədə ictimai birliklərin və fondların hansı növlərə görə yaradıla bilməsi əks olunur.











































