
Rusiya, Çin və ABŞ prezidentləri arasında keçiriləcək üçtərəfli görüş qlobal nüvə silahlanması yarışını dayandırmaq və geri çevirmək üçün fürsət yaradır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu ABŞ-da yerləşən Silahlara Nəzarət Assosiasiyasının rəhbəri Deril Kimball deyib. O bildirib ki, Tramp administrasiyasının nüvəsizləşdirmə mövzusunu müzakirə edən dövlət başçılarının üçtərəfli görüşü vasitəsilə nəyə nail olmaq istədiyi bəlli deyil.
"Tramp komandası nəyə nail olmaq istədiyi ilə bağlı konkret məlumat verməyib, baxmayaraq ki, ABŞ Dövlət Departamenti son həftələrdə bəzi işarələr verib. Yeni START-ın müddəti bitdikdən sonra heç bir zaman ABŞ üç dövlət liderlərinin birgə görüşü vasitəsilə nüvə silahlarına nəzarət sahəsində nəyə nail olmaq istədiyini müəyyən etməyib", - deyə ekspert əlavə edib.
Qeyd edək ki, Kimballın rəhbərlik etdiyi assosiasiya 1971-ci ildə təsis edilib. Vaşinqtonda yerləşən bu assosiasiya, beynəlxalq yayılmama və tərksilah rejimlərinin gücləndirilməsini müdafiə edən ən görkəmli Amerika qeyri-hökumət təşkilatlarından biridir.
Anar












































