Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? – 25 milyonluq villa, hotel biznesi və…

Bayram Yusifov milyonluq əmlaklara necə sahib olub? – 25 milyonluq villa, hotel biznesi və…


Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun adı son vaxtlar yalnız ictimai fəaliyyəti ilə deyil, biznesi, daşınmaz əmlakları və milyonlarla manat dəyərində mülkləri ilə də gündəmə gəlib.

Xüsusilə Bakının Şıxov ərazisində yerləşdiyi bildirilən və dəyərinin 25 milyon manat olduğu bildirilən villa ətrafında yaranan qalmaqal ictimai marağı daha da artırıb. Bəs Ağsaqqallar Şurasının sədr müavini olan Bayram Yusifov mətbuatda qeyd edilən bu əmlaklara necə sahib olub?

Hələ Bayram Yusifov 2023-cü ildə SİA nəşrinə verdiyi müsahibədəki açıqlamalarında qeyd etmişdi ki, o, sahibkarlıq fəaliyyətinə başlamazdan əvvəl Azərbaycan Respublikası Dövlət Təchizat Komitəsində çalışıb. Əvvəlcə kommersiya şöbəsinin rəis müavini, daha sonra isə şöbə rəisi vəzifəsini tutub.

Bayram Yusifovun sözlərinə görə, sonradan öz biznesini qurmaq qərarına gəlib və 1994-cü ildə “Gəncəli” İstehsalat-Kommersiya Şirkətini təsis edib. O, həmin vaxtdan şirkətə rəhbərlik etdiyini bildirir.

Müsahibəsində sahibkarlıq fəaliyyətinin uğurlu qurulması üçün hüquq sahəsində də təhsil aldığını qeyd edib. Belə ki, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1995–2000-ci illərdə isə parlamentin Ali Məhkəmədə nümayəndəsi kimi fəaliyyət göstərib.

Bayram Yusifovun biznes fəaliyyəti ilə bağlı açıq mənbələrdə rast gəlinən ən konkret layihələrdən biri Bakıda yerləşən “Gəncəli Plaza” mehmanxanasıdır.

Şirkətin təqdim etdiyi məlumatlarda mehmanxananın tikintisinin 2008-ci ildə başa çatdırılaraq istifadəyə verildiyi bildirilir. Obyektdə mehmanxana otaqları ilə yanaşı, restoran, bar, konfrans və idman zalları da fəaliyyət göstərir.

Mehmanxananın yaradılması “Gəncəli” İstehsalat-Kommersiya Şirkətinin 1994-cü ildən başlayan sahibkarlıq fəaliyyətinin konkret nəticələrindən biri kimi təqdim olunur.

Burada diqqətçəkən məqam odur ki, şirkətin təsisçisi və rəhbəri kimi Bayram Yusifov göstərilsə də, mehmanxananın hazırkı hüquqi mülkiyyət strukturu, şirkətin aktivlərinin ümumi dəyəri və maliyyə göstəriciləri barədə açıq məlumatlar kifayət qədər deyil.

Bayram Yusifovun adı ilə əlaqələndirilən ən diqqətçəkən əmlaklardan biri Səbail rayonunun Şıxov ərazisində yerləşən villadır.

2026-cı il aprelin 20-də mətbuatda yayılan məlumatlarda türkiyəli iş adamı, “Massimo Group” MMC-nin rəhbəri Nəcib Köse həmin villanın Bayram Yusifova məxsus olduğunu və dəyərinin təxminən 25 milyon manat təşkil etdiyini bildirmişdi.

Kösenin iddiasına görə, şirkət villanın otaqlarını mebellə təchiz edib, lakin sifarişin dəyəri tam ödənilməyib. İş adamı təxminən 250–300 min manat məbləğində borcun qaldığını bildirib.

Ancaq bu məlumatların qarşı tərəfin açıqlaması olduğunu xüsusi vurğulamaq lazımdır. Villanın 25 milyon manat dəyərində olması müstəqil qiymətləndirmə sənədi ilə təsdiqlənməyib.

Hələ o zaman məsələ ilə bağlı Bayram Yusifov “Yeni Sabah”a açıqlamasında ittihamları rədd etmişdi.

Onun sözlərinə görə, 2025-ci il oktyabrın 13-də Salyan şossesi 32 ünvanında yerləşən həyət tipli evinə qonaq və mətbəx üçün sifariş etdiyi 55 min manatlıq Türkiyə istehsalı mebelin pulunu tam ödəyib.

Yusifov əlavə sifarişlə bağlı tərəflər arasında başqa razılaşmanın olduğunu, mebellərin bir hissəsinin keyfiyyəti və qiyməti ilə əlaqədar fikir ayrılığı yarandığını bildirib. O, mübahisənin mülki-hüquqi xarakter daşıdığını və Səbail Rayon Məhkəməsinin icraatında olduğunu deyib.(sabahinfo.az)
Xəbəri paylaş