
Azərbaycan Respublikasının Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov Mərkəzi Asiya ölkələri üzrə Ticarət Nümayəndəsi Saməd Həsənovla görüş keçirib.
Newscenter.az xəbər verir ki, bu barədə səfir özü sosial şəbəkə hesabında məlumat verib. Diplomat bildirib ki, görüş zamanı Azərbaycanın regionda iqtisadi maraqlarının təşviqi, Özbəkistan bazarının potensialının öyrənilməsi və Azərbaycan şirkətlərinin Özbəkistan bazarına çıxışı üçün əlverişli şəraitin yaradılması məsələləri diqqət mərkəzində olub.
Həmçinin Daşkəndin regional işgüzar əlaqələrin inkişafında mühüm mərkəzlərdən biri kimi rolu və yeni iqtisadi təşəbbüslərin həyata keçirilməsi imkanları vurğulanıb.
Süleyman











































