
Çin, ABŞ və Rusiya liderlərinin birlikdə gözlənilən Çin toplantısını Yalta konfransına bərabər tutaraq dünyanın yenidən bölüşdürülməsinin planlaşdırıldığı qeyd edilir. 1945-ci ilin fevralında II Dünya Müharibəsinin sonuna bir neçə ay qalmış Yaltada baş tutan konfransda dünyanın sonrakı konfiqurasiyası müəyyən olundu. Amma unutmaq lazım deyil ki, həmin il bir konfrans daha oldu. Bu, Potsdam konfransı idi. Müharibənin başa çatdığı, Almaniyanın məğlub olduğu, eyni zamanda, Böyük Britaniyanın Baş naziri Uinston Çörçill seçkilərdə məğlub olduğu üçün onu Klement Ettli əvəz etdi və bundan sonra yeni dünya düzəni müəyyən edildi.
Bu üç ölkə rəhbərinin hələlik hansı müharibəni udduğu bəlli deyil, Ukrayna və İran nəzərdə tutulur. Buna Çin lideri də daxil, çünki bir Tayvanla bacara bilmir. İndi bu üç yarımçıq, dünyada lağ obyekti olan liderlər hansı dünya düzənini müəyyən edə bilər? Onlar olsa-olsa öz imiclərini qorumaq üçün bir-birilərinə dəstək vermək barədə razılığa gələrlər.
Dünyada artıq bu üçlükdən başqa da güclü ölkələr var. Nə məğlub olublar, nə də lağ obyekti deyillər. Real işdə də bunların bütün oyunlarını pozublar. Bunlar Yalta konfransı keçirə bilərlər, amma Potsdam konfransını qaliblər keçirəcək.
Azər Qasımov











































