Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanın iki universiteti Türk Dünyası İncəsənət Universitetləri Birliyinə qoşulub

Qazaxıstanın iki universiteti Türk Dünyası İncəsənət Universitetləri Birliyinə qoşulub


Türk Dünyası İncəsənət Universitetləri Birliyinin VI iclası çərçivəsində Türkiyənin Ankara şəhərində beynəlxalq assosiasiyaya yeni üzvlərin qəbul mərasimi keçirilib.

Newscenter.az "Kazinform"-a istinadən bildirir ki, bu barədə Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyası və Kulaş Baiseitova adına Qazaxıstan Milli İncəsənət Universiteti Birliyinə qoşulub.

Qazaxıstan universitetlərinin nümayəndələrinə üzvlük sertifikatları Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Rayev və Birliyin sədri, Ankara Musiqi və İncəsənət Universitetinin rektoru Gülçin Yahya Kaçar tərəfindən təqdim edilib. Mərasimdə dövlət və ictimai xadim, Qazaxıstanın əməkdar incəsənət xadimi Düsen Kaseinov da iştirak edib.

Qazaxıstan universitetlərinin beynəlxalq assosiasiyaya qoşulması birgə təhsil və elmi layihələr, tələbə və müəllim heyətinin akademik mübadiləsi, konfranslar, ustad dərsləri, festivallar və konsertlər üçün yeni imkanlar açır.

Əməkdaşlıq çərçivəsində türk xalqlarının mədəni irsinin qorunmasına və populyarlaşdırılmasına, milli ifaçılıq sənəti məktəblərinin inkişafına və yaradıcı universitetlər arasında peşəkar əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetiriləcək.

Süleyman
Xəbəri paylaş