
"Hər bir rayonda olduğu kimi, İmişli rayonunda da bəzi problemlər var və seçicilərim həmin problemlərin həlli məqsədilə məndən kömək istəyirlər. Həmin problemlərin həlli istiqamətində müvafiq dövlət qurumlarına müraciət etsəm də müraciətimə məhəl qoyulmur. İmişli kəndlərindən birində yüksək gərginlikli elektrik dirəyi qəza vəziyyətindədir, aşmaq üzrədir. Baxmayaraq ki, məsələ ilə bağlı "Azərişıq" rəhbərliyi nə məktubla müraciət etmişəm".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Səyyad Aran səsləndirib. Millət vəkili bildirib ki, "Azərişıq" rəhbərliyi bu günə qədər həmin müraciət əsasında heç bir addım atmayıb:
"Sabah həmin dirək aşıb bir avtomobilin, yaxud insanın üzərinə düşsə, həlak olsa o zaman "Azərişıq" rəhbəri nə cavab verəcəksən? Başını götürüb hara qaçacaqsan? Yaxud əksər kəndlərdəki transformatorlar açıq vəziyyətdədir və uşaqlar futbol oynayarkən top gedib həmin əraziyə düşür. Uşağın əli həmin cərəyan xəttinə dəyib bədbəxt hadisə baş versə, bunun məsuliyyətini kim daşıyacaq?".
Millət vəkili qeyd edib ki, dövlət qurumlarının əksəriyyəti deputat müraciətlərini qulaqardına vurur.
Süleyman












































