Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gənc qızların sosial iştirakçılığı və gender bərabərliyi” layihəsi Xaçmaz və Şabran rayonlarında keçiriləcək

Gənc qızların sosial iştirakçılığı və gender bərabərliyi” layihəsi Xaçmaz və Şabran rayonlarında keçiriləcək


“Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənc qızların sosial iştirakçılığı və gender bərabərliyi! layihəsi davam edir.

Newscenter.az xəbər verir ki, layihənin əsas məqsədi gənc qızların cəmiyyətə inteqrasiyası və onların gender bərabərliyinə dair məlumatlılığının artırılmasıdır.

Layihə üç ay müddətində oktyabr-dekabr 2026-cı il tarixlərində Şabran və Xaçmaz rayonlarında həyata keçirilir. Layihəyə 200 nəfər gənc qız cəlb olunacaq. Ümumilikdə hər rayonda iki olmaqla, dörd seminar keçiriləcək.

Məqalə daxili — 3-cü abzasdan sonra
Seminarlar 30 noyabr Şabran rayonu, 1, 2, 3 dekabr tarixlərində isə Xaçmaz rayonunda keçiriləcək. Seminarlara 16-29 yaşlı, layihəyə maraq göstərən yuxarı sinif şagirdləri və gənc qızlar dəvət olunacaqlar.

Seminarlarda gender bərabərliyi və hüquqlar, sosial iştirakçılıq və liderlik, şəxsi inkişaf və müasir çağırışlar kimi mövzular gənclərə təbliğ ediləcək. Hər seminarın sonunda iştirakçılar sertifikatla təmin olunacaqlar.

Qeyd edək ki, layihə Azərbaycan Gənclər Fondu tərəfindən dəstəklənir.
Xəbəri paylaş