
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya vətəndaşlarına qarşı əlavə sanksiyalar tətbiq edən fərmanlar imzalayıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, Zelenskinin veb saytında dərc olunmuş fərmanlara əsasən, Federal Məhkəmə İcraçıları Xidmətinin rəis müavini Valentina Kazakova və Krasnodar diyarı üzrə Daxili İşlər Nazirliyinin Baş İdarəsinin rəisi Oleq Agarkov da daxil olmaqla altı şəxsə sanksiya tətbiq edilib. Siyahıya yeddi məhkəmə də əlavə edilib. Sanksiyalar 10 il müddətinə tətbiq olunub.
Zelenski müntəzəm olaraq Rusiya vətəndaşlarına və təşkilatlarına, eləcə də Kiyevin Rusiya ilə əməkdaşlıqda ittiham etdiyi Ukrayna və digər ölkələrin vətəndaşlarına qarşı sanksiyalar tətbiq edən fərmanlar imzalayır. Ukrayna nazirlikləri və qurumları sanksiya siyahıları hazırlayır və təkliflər təqdim edir. Sonrakı mərhələdə isə Milli Təhlükəsizlik və Müdafiə Şurası müvafiq qərarlar qəbul edir.
Anar












































