
"Azərbaycan dövləti hər zaman mətbuatın, kütləvi informasiya vasitələrinin inkişafında maraqlı olub. Bu gün də eyni münasibət davam edir. Hələ 1997-ci ildə Ulu Öndərin sayəsində "Qobustan", "Ulduz", "Mədəniyyət" jurnallarının maddi texniki bazasının gücləndirilməsi məqsədilə müvafiq addımlar atılmış və həmin mətbu orqanlara dövlət dəstəyi verilmişdi. Bu gün həmin mətbu orqanların fəaliyyətinin davam etdirilməsi məhz Ulu Öndərin zamanında bu nəşrlərə göstərdiyi dəstəyin nəticəsindədir".
Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı Elnarə Akimova deyib. Millət vəkili bildirib ki, bu gün də həmin mətbu orqanların dövlət dəstəyinə ehtiyacı var:
"Təklif edərdim ki, növbəti ilin dövlət büdcəsində bu məqsədlə vəsaitin ayrılmasına diqqət yetirilsin".
Süleyman












































