Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirir

Uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirir



Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu mövqeyin möhkəmləndirilməsi, xarici dövlətlərlə əlaqələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması dövlətimizin xarici siyasətinin əsas prioritetləri sırasındadır. Bu istiqamətdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə qurulmuş əlaqələrin daha yüksək səviyyəyə çatdırılması xüsusi önəm kəsb edir. 2026-cı il noyabrın 12-də İrlandiyanın Dublin şəhərində imzalanan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Böyük Britaniya münasibətlərinin möhkəmləndirilməsi, əməkdaşlığın yeni sahələr üzrə genişləndirilməsi və gələcək əlaqələr üçün möhkəm siyasi əsasın formalaşdırılması baxımından əlamətdar hadisədir.
Qeyd etmək istərdim ki, imzalanmış Birgə Bəyannamədə beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində əksini tapmış müddəalara xüsusi önəm verilir. Sənəddə hər bir dövlətin müstəqilliyinin, suveren hüquqlarının, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin qorunmasının vacibliyi ön plana çəkilir. Bu mövqenin təsdiqlənməsi Azərbaycanın milli maraqlarına uyğun olmaqla yanaşı, beynəlxalq münasibətlərdə ədalət və hüququn aliliyinin təmin edilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Bəyannamədə 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Zirvəsinin nəticələrinə və qəbul olunmuş sənədin region üçün əhəmiyyətinə diqqət yetirilir. Böyük Britaniya Azərbaycan ilə Ermənistan arasında sülh münasibətlərinin qurulmasını, qarşılıqlı etimadın möhkəmləndirilməsini və Cənubi Qafqazda uzunmüddətli sabitliyin bərqərar olmasını dəstəklədiyini bəyan edir. Bu yanaşma regionda yeni əməkdaşlıq imkanlarının yaranmasına və davamlı sülh mühitinin formalaşmasına töhfə verə bilər.
Bütün bu nailiyyətlərin əldə olunmasında Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və uzaqgörən xarici siyasət xüsusi rol oynayır. Dövlət başçısının beynəlxalq münasibətlərdə qarşılıqlı hörmətə, milli maraqların qorunmasına və bərabərhüquqlu əməkdaşlığa əsaslanan siyasi xətti Azərbaycanın dünya miqyasında nüfuzunu daha da artırmışdır. Məhz bu uğurlu siyasət nəticəsində Azərbaycan bu gün regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təşviqində mühüm rol oynayan güclü və etibarlı tərəfdaş kimi çıxış edir.

Maqsud Süleymanlı
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Xəbəri paylaş