Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Trampı öldürmək planına görə pakistanlı 27 il həbs cəzasına məhkum edilib

Trampı öldürmək planına görə pakistanlı 27 il həbs cəzasına məhkum edilib


ABŞ prezidenti Donald Trampı öldürmək planına görə bir pakistanlı 27 il həbs cəzasına məhkum edilib.

Newscenter.az "The Guardian"-a istinadən bildirir ki, İranla əlaqəsi olduğu iddia edilən Asif Merchant, Qasım Süleymaninin ölümünə görə qisas almaq istədiyi məhkəmə tərəfindən müəyyən olunub.

Qeyd edək ki, İranın xarici hərbi əməliyyatlarının rəhbəri olan Süleymani 2020-ci ilin yanvar ayında Bağdadda ABŞ-ın pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülüb. İran rəsmiləri dəfələrlə onun öldürülməsinin qisasını almağa söz veriblər.

Bir çox media orqanının verdiyi məlumata görə, Merchant İranın paytaxtı Tehranda ailəsini Keşikçilərdən qorumaq üçün sui-qəsdə məcbur edildiyini bildirib və əlavə edib ki, kiminsə öldürülməsindən əvvəl tutulacağını düşünürdü.

Anar
Xəbəri paylaş