Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya yanacaq ixracından yaranan emissiyalara görə dünyada liderdir

Rusiya yanacaq ixracından yaranan emissiyalara görə dünyada liderdir


Rusiya, Səudiyyə Ərəbistanı və Avstraliya ən böyük qazıntı yanacaqları ixracatçılarına çevrilib və onların istifadəsi ən çox karbon qazı tullantılarına səbəb olur. 

Newscenter.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Carbon Brief beyin mərkəzinin 1850-ci ildən bəri apardığı araşdırmaya görə, ixrac edilən neft, qaz və kömürün yandırılması nəticəsində yaranan 70 gigatondan çox CO₂ Rusiyaya məxsusdur. Səudiyyə Ərəbistanı təxminən 60 gigatonla ikinci, Avstraliya isə 25 gigatondan çoxla üçüncü yerdədir.

Tədqiqatda təkcə daxili yanacaq istifadəsindən yaranan emissiyalar deyil, həm də xaricə ixrac edilən resursların yandırılmasının təsiri nəzərə alınıb.

Tədqiqatın müəllifləri bu il Türkiyədə BMT-nin COP31 iqlim konfransına ev sahibliyi edən Avstraliyaya xüsusi diqqət yetiriblər. Beynəlxalq iqlim dəyişikliyi danışıqlarında iştirak etməsinə baxmayaraq, ölkə kömür və qaz sənayesini inkişaf etdirməyə davam edir. Climate Analytics-ə görə, bəzi təsdiqlənmiş kömür mədənləri 2088-ci ilə qədər fəaliyyət göstərə bilər.

Anar
Xəbəri paylaş