
Çin və Rusiya çoxqütblü dünyanın formalaşmasına və beynəlxalq münasibətlərin demokratikləşməsinə töhfə verəcək - Si Cinpin
Çin və Rusiya çoxqütblü dünyanın formalaşmasına və beynəlxalq münasibətlərin demokratikləşməsinə kömək etməlidirlər. Bunu Çin sədri Si Cinpin Rusiya prezidenti Vladimir Putinlə Şençjendə ikitərəfli görüşündə bildirib.
“Gələcəkdə biz sarsılmaz şəkildə davamlılığı qorumalı, cəsarətlə irəliləməli, ikitərəfli münasibətlərin nəhəng potensialını daim ortaya qoymalı və onların məzmununu zənginləşdirməliyik. Praktik işə diqqət yetirmək, səylə işləməyə davam etmək, çoxşaxəli əməkdaşlığı dərinləşdirmək üçün təsirli addımlar atmaq və böyük dövlətlər kimi məsuliyyətlərimizi qətiyyətlə yerinə yetirmək, çoxqütblü dünyanın formalaşmasını və beynəlxalq münasibətlərin demokratikləşməsini təşviq etmək vacibdir”, - deyə o bildirib.












































