Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ, Rusiya və Çin liderlərinin görüşü ciddi nəticə ilə bitməyəcək

ABŞ, Rusiya və Çin liderlərinin görüşü ciddi nəticə ilə bitməyəcək



"Keçirilməsi gözlənilən Çin, ABŞ və Rusiya liderlərinin dünyada cərəyan edən proseslərə bilavasitə təsir imkanını nəzərə alsaq, bu görüşün əhəmiyyəti böyükdür. Amma bu liderlər səmimi olaraq bu proseslərə konstruktiv yanaşma göstərmək istəyirlərmi sualı öz aktuallığını qoruyur".

Newscenter.az xəbər verir ki, bunları ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov deyib. Bildirib ki, onlar özlərini dünyanın ən güclü, hegemon dövlətlərinin rəhbəri, dünyada gedən proseslərə təsir imkanı olan insanlar hesab edirlər:

"Burda obyektiv və subyektiv səbəblərin olduğunu nəzərdən qaçırmaq olmaz. Məsələ ondadır ki, bu prosesləri onların özləri yaradıb. Təbii ki, qarşı tərəfin də təhrikləri ilə. Amma problemlər həll olunmaqdansa içindən çıxılması çətin, hətta mümkün görünməyən hal alıb. Geri çəkilmək məğlub olmaq anlamına gəlir. İrəli də getmək mümkünsüzdür. Bunun üçün daha çox hərbi güc, iqtisadi imkanlar lazımdır ki, bu da çətin məsələdir".

Azər Qasımov qeyd edib ki, belə bir durum da bu üç dövlətin rəhbərinin alacağı qərarlar, əslində çox şeyi dəyişdirmək gücündə deyi:

"Onlar sadəcə bu məsələlərdə bir-birinə mane olmamaq üçün razılığa gələrlər ki, bu da az ehtimal edilən haldır. Çünki əzəli rəqiblər bir-birinin çətin durumdan çıxmasını istəməzlər. Hesab edirəm ki, bu görüş ciddi nəticə ilə bitməyəcək. Çünki onların iradəsindən kənar digər ölkələr də vardır ki, onların da maraqları önəmlidir. Bu baxımdan davam edən müharibələrin nəticəsi konkretləşməyənə kimi bu ölkələrdən hansınınsa dünyada liderliyi ələ alması mümkün olmayacaq. Dünyanı təsir dairələrinə bölmək də mümkün deyil. Həmin dairələrin də bir çox müttəfiqliklikləri vardır ki, bunu imkansız edir".

Süleyman
Xəbəri paylaş