Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tokayev ABŞ ilə strateji tərəfdaşlığın inkişafı ilə bağlı tapşırıqlar verib

Tokayev ABŞ ilə strateji tərəfdaşlığın inkişafı ilə bağlı tapşırıqlar verib


Qazaxıstan Prezidenti ikitərəfli əməkdaşlığın cari məsələləri üzrə Amerika Birləşmiş Ştatları ilə danışıqlar prosesindəki nümayəndəsi Yerjan Kazıxanı qəbul edib.

Newscenter.az bu barədə Akorda agentliyinə istinadən məlumat verir.

Qasım-Jomart Tokayevə ABŞ Prezidenti Donald Trampın dəvəti ilə G20 sammitində iştirak etmək üçün Mayamiyə qarşıdan gələn səfərinə hazırlıq barədə məlumat verilib.

Dövlət başçısı Qazaxıstan-Amerika genişlənmiş strateji tərəfdaşlığının daha da inkişaf etdirilməsi ilə bağlı konkret tapşırıqlar verib.

Daha əvvəl bildirilmişdi ki, Qazaxıstan G20 sammitində süni intellekt sahəsində beynəlxalq tənzimləmə ilə bağlı öz vizyonunu təqdim edəcək.

Süleyman
Xəbəri paylaş