
Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Füzuli 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilib.
Newscenter.az xəbər verir ki, bu barədə Mediasiya Şurası məlumat yayıb. Bildirilib ki, qərara əsasən, Füzuli 1 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən olunub,
Şura bildirir ki, Xocalı, Ağdərə, Füzuli, Xocavənd, Laçın, Qubadlı və Şuşa rayonu üzrə vətəndaşlar 19 noyabr 2026-cı ildən etibarən Füzuli 1 saylı mediasiya təşkilatına müraciət edə bilərlər.
Füzuli 1 saylı mediasiya təşkilatının direktoru Bahadır Muradovdur.
Təşkilat Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospekti, giriş 91 ünvanda yerləşir.
Süleyman











































