Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyev: Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün səmərəli istifadə etmək olar

İlham Əliyev: Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün səmərəli istifadə etmək olar


Azərbaycanın nəqliyyat və logistika infrastrukturundan Orta Dəhliz və "Şimal-Cənub" nəqliyyat dəhlizi vasitəsilə Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün səmərəli şəkildə istifadə etmək olar.

Newscenter.az xəbər verir ki, Prezident İlham Əliyev bunu Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib.

Dövlət başçısı vurğulayıb ki, bu, Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərində rolunu gücləndirməklə yanaşı, əlavə iqtisadi dəyər və əməkdaşlıq üçün yeni imkanlar yaradılmasına və ikitərəfli əlaqələrin genişlənməsinə sanballı töhfə verəcək:

"Ölkələrimiz ticarət dövriyyəsini əhəmiyyətli dərəcədə artırmaq və enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyat-logistika sektorlarında - bir sözlə, demək olar ki, bütün aparıcı sahələrdə genişmiqyaslı birgə təşəbbüsləri uğurla həyata keçirmək üçün kifayət qədər resurslara malikdir. Əminəm ki, planauyğun birgə iş ən qısa müddətdə əhəmiyyətli praktik nəticələr əldə etməyə imkan verəcək".

Dövlət başçısı qeyd edib ki, tranzit daşımaları sahəsində də müsbət dinamika müşahidə olunur:

"2026-cı ilin yanvar-sentyabr aylarında bu daşımaların həcmi 2025-ci ilin eyni dövrü ilə müqayisədə təxminən altı dəfə artıb və 8 min tondan çox olub".

Anar
Xəbəri paylaş