Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Təhlükəsiz addımlar: mina təhlükəsinə dair maarifləndirmə təşəbbüsləri” layihəsi çərçivəsində azad olunmuş ərazilərdə tədbirlər keçirilib


“Təhlükəsiz addımlar: mina təhlükəsinə dair maarifləndirmə təşəbbüsləri” layihəsi çərçivəsində Fizuli şəhərində iki, Xucavənd şəhərində, Cəbrayıl rayonu Horovlu və Şükürbəyli kəndində Zəngilan rayonu Ağalı kəndində, tədbirlər keçirilmişdir

“Dayaq” Qeyri-Hökümət Humanitar Yardım Təşkilatının Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi ilə Qarabağ Dirçəliş Fondunun birgə qrant müsabiqəsi və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) tərəfdaşlıqı ilə həyata keçirilmiş “Təhlükəsiz addımlar: mina təhlükəsinə dair maarifləndirmə təşəbbüsləri” layihəsinin məqsədi, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış əhali arasında mina və partlamamış hərbi sursatların təhlükəsinə dair maarifləndirmə (PSTM) tədbirləri təşkil etməklə, məlumatlandırma işlərinin səmərəliliyinin artırılması, mina insidentlərin minimuma endirilməsi olmuşdur.

Newscenter.az xəbər verir ki, layihə işğaldan azad edilmiş Cəbrayıl, Fizuli, Xocəvənd, Zəngilan şəhərlərində icra olunmişdur.

Layihənin icra planına uyğun olaraq, maarifləndirici tədbirlər işğaldan azad olunmuş və son zamanlarda doğma yurdlarına köç etmiş Fizuli və Xucavənd şəhərlərinin , Cəbrayıl rayonu Horovlu və Şükürbəyli kəndlərinin, Zəngilan rayonu ağalı kəndinin yeniyetmə şagirdlər, müəllimlər və sakinləri arasında həyata keçirilmişdir. Tədbirlərdə maarifləndirmə fəaliyyətinin vacibliyi yüksək qiymətləndirilmiş, tədbirlərin Böyük Qayıdış prossesinə ciddi əngəl yaradan mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükə ilə bağlı sakinlərin maarifləndirilməsi və təhlükəsiz məskunlaşması üçün xüsusi əhəmiyyəti qeyd edilmişdir “Dayaq” Qeyri-Hökümət Humanitar Yardım Təşkilatının həyata keçirdiyi layihənin işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış prosesinin həyata keçirilməsinin sürətlənməsinə dəstək xarakteri daşıdığı vurğulanmışdır.

Həyata kecirilən tədbirlərdə iştirakçılar tədbirlərin təşkil olunmasına görə “Dayaq” Qeyri-Hökümət Humanitar Yardım Təşkilatına, belə əhəmiyyətli layihəni maliyyələşdirdikləri üçün Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Qarabağ Dirçəliş Fonduna minnətdarlığ bildirilmişlər.

“Dayaq” Qeyri-Hökümət Humanitar Yardım Təşkilatının sədri Faiq Deyidov bilsirmişdi ki bu cür maarifləndirici tədbirlərin doğma yurda qayıdan əhali arasında mina təhlükəsi ilə bağlı məlumatlılığın artırılması, təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və mümkün risklərin qarşısının alınması baxımından əhəmiyyətli bir prosesdir. Mina insidentlərinin minimuma endirilməsi və ya bitməsi üçün “Dayaq” Qeyri-Hökümət Humanitar Yardım Təşkilatı olaraq bu istiqamətdə daima aktiv fəaliyyət göstərməyə hazırıq.

Xəbəri paylaş