
Rusiya Avropa təhlükəsizlik arxitekturasının qurulmasında heç nədən imtina etmək niyyətində deyil.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib. Kreml rəhbəri APEC sammitindən sonra jurnalistlərə bildirib ki, o, kompromislər axtarmaq niyyətindədir və bu tamamilə mümkündür.
Rusiya lideri vurğulayıb ki, biz heç nəyi qurban verməyəcəyik:
"Biz kompromislər axtaracağıq. Düşünürəm ki, bunlar tamamilə mümkündür. Mən artıq əvvəlki suallardan birinə cavab olaraq demişdim ki, həyat dəyişir və 1990-cı illərin əvvəllərindəki kimi vəziyyətlərə qayıtmaq mənasızdır".
Anar












































