Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

9 bələdiyyə sədri AKP-yə keçdi

9 bələdiyyə sədri AKP-yə keçdi


Türkiyədə fərqli partiyalardan bələdiyyə sədrliyinə seçilmiş şəxslərin hakim Ədalət və İnkişaf Partiyasına (AK Parti) transferi davam edir.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, daha 4 bələdiyyə sədri AK Partiyə keçib. Bununla da hakim partiyaya keçən bələdiyyə sədrlərinin sayı 9-a çatıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, AK Partiyanın Genişləndirilmiş Vilayət Sədrləri Yığıncağından sonra Tekirdağ Böyükşəhər Bələdiyyəsinin sədri Candan Yüceer də daxil olmaqla 4 bələdiyyə sədrinə partiya nişanları təqdim edib.

Məlumat üçen qeyd edək ki, AK Partiyaya qoşulan bələdiyyə başçıları Tekirdağ Böyükşəhər Bələdiyyəsinin sədri Candan Yüceer, Antalya Böyükşəhər Bələdiyyəsinin sədrinin müavini Büşra Özdəmir, Antalya Korkuteli Bələdiyyə Başçısı Saniye Caran və Antalya Demre Bələdiyyə Başçısı Fahri Durandır.

Süleyman
Xəbəri paylaş