
Oktyabrın sonlarında Ankara klublarına polis basqınları zamanı saxlanılan on yeddi Rusiya vətəndaşı Türkiyəni tərk edib. Bu barədə Rusiyanın Ankaradakı səfirliyi məlumat verib.
"Noyabrın 19-u tarixinə olan məlumata görə, oktyabrın sonlarında Ankara klublarına polis basqınları zamanı saxlanılan 17 Rusiya vətəndaşı ölkəni tərk edib. Saxlanılanların bəziləri hələ də Akyurt deportasiya mərkəzindədir", - deyə açıqlamada bildirilir.
Diplomatik missiya qeyd edib ki, səfirlik vəziyyəti izləməyə və vətəndaşlarına lazımi konsulluq yardımı göstərməyə davam edir.
Səfirlik daha əvvəl Türkiyə paytaxtında polis reydləri zamanı əxlaq və ictimai təhlükəsizliyi pozduğuna görə 34 rusiyalı qadının həbs olunduğunu bildirmişdi.













































