
Rusiya Prezidenti Vladimir Putin Tacikistana iki günlük səfərə gedir.
Newscenter.az TASS-a istinadən bildirir ki, Putin Çinə iki günlük səfərindən sonra Düşənbəyə gələcək.
Putini Tacikistana səfərə ötən həftə Moskvaya səfər edən prezident Emoməli Rəhmon dəvət etmişdi. İki ölkə preziddenti görüş zamanı Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər.
İkitərəfli əlaqələrdəki digər bir mövzu Rusiya prezidentinin bütün Orta Asiya regionunda təhlükəsizliyin ciddi qarantı adlandırdığı 201-ci Rusiya Silahlı Qüvvələri Bazasının fəaliyyətidir.
Putin və Rəhmon həmçinin ikitərəfli münasibətlərin inkişafı, Moskva ilə Düşənbə arasında artan iqtisadi əlaqələrin həcmi və perspektivli birgə layihələri müzakirə edəcəklər.
Anar












































