Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkənin dağılmasına icazə verə bilmərik:Lukaşenko

Ölkənin dağılmasına icazə verə bilmərik:Lukaşenko



"2020-ci il prezident seçkilərindən sonrakı etirazların təkrarlanmasına icazə verməyəcəyəm. Ölkənin dağılmasına icazə verə bilmərik".

Newscenter.az TASS-a istinadən bildirir ki, bunları Belarus prezidenti Aleksandr Lukaşenko ölkə müxalifətinə ünvanladığı mesajında deyib. O bildirib ki, Belarusdan başqa yaşayacaq yerimiz yoxdur:

"Qərarlar qəbul etməliyik. Bəzən razılaşmırsınız, bəzən hökuməti, xüsusən də məni tənqid edirsiniz. Amma gəlin buna səbirli olaq. Bunu inqilabi şəkildə etməyək, çünki bu, ən dəhşətli şeyə - vətəndaş müharibəsinə gətirib çıxaracaq".

Belarus Prezidenti hakimiyyətin guya ABŞ ilə danışıqlar üçün məhbusların "mübadilə fondu" yaratması iddialarını bir daha təkzib edib.

Anar
Xəbəri paylaş