Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Strateji tərəfdaşlığın möhkəmləndirilməsi siyasi münasibətlərin yeni mərhələsinə yol açır

Strateji tərəfdaşlığın möhkəmləndirilməsi siyasi münasibətlərin yeni mərhələsinə yol açır


"Azərbaycanın xarici siyasət strategiyasında Asiya ölkələri ilə münasibətlərin genişləndirilməsi, yeni tərəfdaşlıq imkanlarının yaradılması və beynəlxalq əməkdaşlığın daha şaxələndirilmiş müstəvidə inkişaf etdirilməsi mühüm yer tutur. Bu baxımdan Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri Azərbaycan–Vyetnam münasibətlərinin gələcək inkişafı, siyasi dialoqun gücləndirilməsi və iqtisadi-ticari əlaqələrin yeni istiqamətlər üzrə genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Səfər iki ölkə arasında mövcud dostluq münasibətlərinin daha yüksək səviyyəyə çatdırılması, qarşılıqlı maraqların uzlaşdırılması və strateji tərəfdaşlığın praktiki nəticələrlə zənginləşdirilməsi üçün mühüm siyasi platformadır".

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki,Azərbaycan və Vyetnam arasında münasibətlər qarşılıqlı hörmət, dostluq, suverenliyə dəstək və beynəlxalq hüququn prinsiplərinə əsaslanır:

"Tarixən formalaşmış əlaqələr bu gün yeni geosiyasi və geoiqtisadi reallıqlar fonunda daha da aktuallaşır. Dünyada iqtisadi güc mərkəzlərinin dəyişməsi, Asiya regionunun beynəlxalq münasibətlər sistemində artan çəkisi, yeni nəqliyyat və logistika marşrutlarının formalaşması Azərbaycan və Vyetnamın əməkdaşlığını daha geniş perspektivlərə çıxarır.

Prezident İlham Əliyevin Vyetnama səfəri məhz bu reallıqların nəzərə alınması, mövcud əlaqələrin yeni məzmunla zənginləşdirilməsi və gələcək əməkdaşlığın prioritetlərinin müəyyənləşdirilməsi baxımından mühüm hadisədir".

Arzuman Muradlı qeyd edib ki, strateji tərəfdaşlığın möhkəmləndirilməsi siyasi münasibətlərin yeni mərhələsinə yol açır:

"Azərbaycan və Vyetnam arasında iqtisadi əlaqələrin genişləndirilməsi qarşılıqlı əməkdaşlığın ən perspektivli istiqamətlərindən biridir. Hər iki ölkənin iqtisadi potensialı, coğrafi mövqeyi, istehsal imkanları və beynəlxalq bazarlara çıxış üstünlükləri əməkdaşlığın daha geniş müstəvidə inkişaf etdirilməsi üçün əlverişli şərait yaradır".

Süleyman
Xəbəri paylaş