Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya ABŞ və Çinlə eyni səviyyədə deyil

Rusiya ABŞ və Çinlə eyni səviyyədə deyil


"Rusiyanın düşdüyü durum, onu Çinlə strateji müttəfiqlikdən daha çox, Qərblə münasibətlərindəki çətinliklərdən dolayı, hər kəsin ondan istifadə etməsinə səbəb olub. Bu səbəbdən də Rusiyanın zəifləməsindən Çin qətiyyən narahat deyil. Çünki, iqtisadi və siyasi baxımdan daha asılı Rusiya, Pekin üçün daha idarəolunan tərəfdaşdır".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, bununla yanaşı Pekin Rusiyanın tamamilə dağılmasına da razı deyil:

"Çünki, bu ABŞ-nin Avrasiya məkanında güclənməsinə səbəb olacaq. Bu baxımdan Putinə həmkarı Si Cimpin tərəfindən göstərilən "siyasi sərhədlər" onun üçün layiq olmadığı statusdan dolayı idi. Putin uzunmüddət özünü dünya siyasətinin önəmli fiqurlarından biri kimi təqdim edib. Rusiyanın nüvə arsenalı, BMT Təhlükəsizlik Şurasındakı veto hüququ, enerji resursları və hərbi potensialı buna əsas verir. Lakin Şençjendəki görüntülər bu reallığı kölgədə qoydu".

Çingiz Şahbazi qeyd edib ki, Rusiya böyük nüvə dövlətidir, amma iqtisadi, texnoloji və diplomatik imkanlar baxımından ABŞ və Çinlə eyni səviyyədə deyil:

"Putin bunu şübhəsiz ki, anlayır. Amma, etiraz etmək kimi şansı artıq qalmayıb. Çünki, Çinlə münasibətlərin korlanması Moskvanın onsuz da məhdudlaşmış manevr imkanlarını daha da daralda bilər".

Süleyman
Xəbəri paylaş