
Rusların Prezident Vladimir Putinə etibarı 72% təşkil edir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu, İctimai Rəy Fondunun keçirdiyi rəy sorğusunun nəticələrində əks olunub.
Federasiyanın 51 bölgəsində keçirilən rəy sorğusunun nəticələrinə dair açıqlanan hesabatda qeyd olunur ki, əhalinin əksəriyyəti (74%) də onun dövlət başçısı kimi yaxşı iş gördüyünə inanır.
Sorğuda iştirak edənlərin qırx səkkiz faizi hökumətin fəaliyyətini müsbət qiymətləndirib. Respondentlərin əlli üç faizi isə Baş nazir Mixail Mişustinin yaxşı iş gördüyünü bildirib.
"Vahid Rusiya"ya dəstək səviyyəsi 34%, Rusiya Federasiyası Kommunist Partiyasına 12%, Rusiya Liberal Demokrat Partiyasına 12%, "Yeni İnsanlar"a 8% və "Ədalətli Rusiya"ya 4% təşkil edib.
Anar












































