Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağdam Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib

Ağdam Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib


20 Noyabr – Ağdam Şəhəri Günü münasibətilə Ağdam şəhərində silsilə tədbirlər davam edir.

Newscenter.az-ın məlumatına görə, "Report"un Ağdama ezam olunan əməkdaşı xəbər verir ki, tədbirin davamı olaraq Ağdam Muğam Mərkəzində Azərbaycanın tanınmış İncəsənət nümayəndələrinin ifasında konsert proqramı keçirilib.

Proqramdan öncə çıxış edən Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov ağdamlılar və şəhərin qonaqlarını salamlayıb. Vətən uğrunda şəhid olan soydaşlarımızın ruhunun hörmətlə anıldığını ifadə edib. E.Hüseynov bu günün özəl olduğunu, doğma yurduna dönən Ağdam sakinlərinin xoşbəxt və vətənpərvər olduqlarını dilə gətirib.

Konsert proqramından öncə Ağdamdan olan tanınmış İncəsənət nümayəndələrinin "Ağdam üçün oxu" adlı videoroliki nümayiş olunub.

Daha sonra Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının kollektivi və İncəsənət nümayəndələri fərdi ifaları ilə çıxış ediblər.
Xəbəri paylaş