
Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv olan ölkələrin xalqları arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi, milli adət-ənənələrin qorunması və dövlətlər arasında mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsi vacibdir.
Newscenter.az "Kazinform"a istinadən bildirir ki, belə bir təşəbbüsü Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Aybek Sıdıkov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sivilizasiyalararası Dialoq Forumunda çıxışı zamanı irəli sürüb.
Hindistanın Nyu-Dehli şəhərində keçirilir forumda çıxışı zamanı o, beynəlxalq mədəni mübadilələrin genişləndirilməsi, milli incəsənətin xaricdə təşviqi, muzey və teatr sahələrində əməkdaşlığın inkişaf etdirilməsi, gənc mədəniyyət xadimlərinin və yaradıcı sənaye sahələrinin dəstəklənməsinə xüsusi diqqət yetirib.
Forumda mədəniyyət nazirliklərinin rəhbərləri, ŞƏT ölkələrinin dövlət qurumlarının nümayəndələri, beynəlxalq ekspertlər və yaradıcı ictimaiyyətin üzvləri iştirak ediblər.
Xatırladaq ki, Qazaxıstan bundan əvvəl ŞƏT çərçivəsində su qənaəti texnologiyalarının mübadiləsi üçün platforma yaratmağı təklif etmişdi.
Süleyman











































