Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan bütün Orta Asiya üçün pilot və aviasiya mütəxəssisləri hazırlayacaq

Qazaxıstan bütün Orta Asiya üçün pilot və aviasiya mütəxəssisləri hazırlayacaq


Qazaxıstan bütün Orta Asiya üçün pilot və aviasiya mütəxəssisləri hazırlayacaq.

Newscenter.az "Kazinform"a istinadən bildirir ki, bu məsələ Qazaxıstan Baş nazirinin müavini və nəqliyyat naziri Asel Janasovla Kent Dövlət Universitetinin icraçı vitse-prezidenti və prorektoru Melodi Tankerslinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə müzakirə olunub.

Tərəflər aviasiya sənayesi üçün mütəxəssislərin hazırlanması sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər və Qazaxıstanda Kent Dövlət Universitetinin filialının açılması barədə razılığa gəliblər.

Kent Dövlət Universiteti aviasiya sənayesi üçün mütəxəssislər hazırlamaqda geniş təcrübəyə malik Amerika universitetlərindən biridir. Onun aviasiya proqramları beynəlxalq səviyyədə akkreditə olunub və universitetin özünün hava limanı və təlim donanması var.

Qazaxıstan Respublikası Nəqliyyat Nazirliyinin məlumatına görə, yeni təhsil platforması təkcə ölkənin daxili bazarı üçün deyil, həm də bütün Orta Asiya regionu üçün pilotların, mühəndis-texniki heyətin və hava hərəkətinin idarə edilməsi xidmətlərinin hazırlanmasına yönələcək.

Asel Janasova vurğulayıb ki, insan resurslarının inkişaf etdirilməsi və qabaqcıl beynəlxalq təlim standartlarının tətbiqi Qazaxıstanı aparıcı regional aviasiya mərkəzinə çevirmək məqsədinə çatmaq üçün əsasdır.

Süleyman
Xəbəri paylaş