
Tehran konfransında Stalin Türkiyənin də müharibəyə cəlb olunmasını israrla vurğulayır. Ruzvelt və Çörçill də bunu təsdiqləyirlər. Qeyd edilir ki, Türkiyə Almaniya və bizim aramızda get-gəldən çəkinməli, mövqeyini konkretlşdirib bizim yanımızda olmalıdır. Həmin dövrdə Türkiyənin 50 diviziyası olur, amma silahlanması zəifdir. Tank, təyyarə, tank vuran top, hava hücumundan müdafiə silahı yoxdur. Amma vurğulanır ki, əsgərləri döyüşkəndir. Türkiyə prezidenti İsmət İnönüdür Çörçill İnönü ilə Qahirədə görüşmək və bu məsələləri müzakirə etmək təklif edir. Stalin də ironiya ilə deyir ki, görüş öncəsi İnönü xəstələnməsin? Çörçill də böyük ehtimalla xəstələnər, gəlməz deyir. Amma mən onda Ankaraya gedib onları hərtərəfli başa salaram. Müharibəyə qoşulsalar nə olar, qoşulmasalar nə olar. Bu, 1943-cü il Tehran konfransının materiallarında qeyd edilib.
Türkiyə indi də eyni siyasəti yürüdür. Müharibədən qaçmaq, hansısa konfliktə cəlb olunmamaq. Burda pis heç nə yoxdur. Amma məsələ ondadır ki, Türkiyə özünü bütün problemlərə yaxın göstərib özünü kənara çəkməklə məşğuldur. Məsələn, İRAN-ABŞ, Rusiya-Ukrayna arasında əvvəllər də, indi də vasitəçilik edib, heç bir nəticə almayıb, özünü məsələlərin içində kimi göstərib, amma öz tərəfini konkret açıq şəkildə bəlli etməyib. Necə ki, II Dünya Müharibəsinin sonlarına az qalmış, nəticə artıq bəlli olduqdan sonra tərəfini bəlli edib müharibəyə qoşulmuşdu. Bu, siyasətdir. Qəbulediləndir. Amma... Günün birində məsələ biz olsaq, həmin siyasət necə olacaq? Tutaq ki, Rusiya ilə biz açıq qarşıdurmaya girsək? İşimizi indidən bilmək üçün. Çünki Putin və ətrafı SSRİ-2-dən danışır.
Azər Qasımov, politoloq












































