
Əvvəl Qara dəniz, indi isə Aralıq dənizi. Olduqca diqqət çəkən hadisələr baş verməkdədir. Ruslar tarix boyu can atdığı isti dənizlərdə hazırda hədəfdədirlər. Ukrayna ordusu ard - arda ruslara məxsus hərbi və yük gəmisinə zərbələr endirir və böyük ehtimalla bu proses davam edəcək. Təbii ki, Ukraynanın coğrafiyasından kənarda bu tip əməliyyat keçirməsi dəstəksiz mümkün deyil. Yetəri qədər əlverişli şərait yaradılması gün kimi aydındır.
Əsas məsələ budur ki, Rusiya ərazisində kifayət qədər hədəf varkən niyə Aralıq dənizi hədəf seçildi? Fikrimcə hazırda baş verənlər yeni bir proses deyil. İlk əvvəl Rusiya Suriya və onun limanlarından sıxışdırıldı. İndi isə Liviya hədəf seçilib. Fikrimcə rusları Afrikadan da çıxarmaq istəyirlər. Ruslar üçün Benqazi və Toruk limanları Tartus qədər qorunaqlı deyil. Bu limanlarda lazımı müdafiə sistemləri yoxdur. Yəni açıq hədəf. Bu işdə döyüşən tərəfdən istifadə etmək ən təmiz işdir.
Rusiya mediası üçtərəfli görüşün propaqanasın apararkən ölkə hər gün geosiyasi cəhətdən çəki itirir.
Bu zəiflik fonunda Çinin dominasiyasına düşmək ayrı bir utancdır. Hər kəs bilir ki Çin sənayesinin, xüsusilə, hərbi sənayesinin təməlində rus texnogiyasının izləri böyükdür. Çinlilər uzun müddət məhz ruslara məxsus hərbi sistemlər üzərindən kopyalar etməklə müəyyən silahlar istehsal ediblər. Bu gün isə mənzərə tamamilə fərqlidir. Rusiya Çindən aslı vəziyyətdədir. Bütün bunların kökündə isə işğala meyilli siyasi kursun perspektivləri məhv etməsi dayanır.
Pərviz Mirizadə











































