Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib

"Hədəf mərkəzdə, ruh yüksəkdə!” – Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbələri üçün oxatma təlimi keçirilib


Azərbaycan Maliyyə-İqtisad Kolleci və “Tərəqqi Regionların Sosial İnkişafına Yardım” İctimai Birliyinin birgə təşkilatçılığı ilə tələbələr üçün “Hədəf mərkəzdə, ruh yüksəkdə!” devizi altında ənənəvi oxatma təlimi təşkil olunub.

Newscenter.az xəbər verir ki, tədbirin əsas məqsədi gənclər arasında milli idman ənənələrinin təbliği, sağlam həyat tərzinin təşviqi, tələbələrin asudə vaxtlarının səmərəli təşkili və onların fərdi bacarıqlarının inkişafına dəstək göstərmək olub.

Təlim çərçivəsində iştirakçılara ənənəvi oxçuluğun tarixi, milli-mədəni irsimizdə tutduğu yer, oxatma texnikasının əsasları və təhlükəsizlik qaydaları haqqında məlumat verilib. Tələbələr oxçuluğun yalnız fiziki hazırlıq deyil, eyni zamanda diqqət, səbir, özünənəzarət və düzgün qərarvermə bacarıqları tələb edən bir idman növü olduğunu öyrəniblər.

Proqramın praktiki hissəsində tələbələr oxatma prosesində iştirak edərək hədəfə düzgün istiqamətlənmə, diqqətin cəmlənməsi və hərəkətlərin koordinasiyası üzrə ilkin təcrübə qazanıblar.

Təlim tələbələrin gündəlik təhsil mühitindən kənarda fərqli fəaliyyətlə məşğul olmalarına, birgə vaxt keçirmələrinə və milli idman növlərinə maraqlarının artmasına şərait yaradıb.

Bu cür təşəbbüslər gənclərin sosial fəallığının artırılması, milli-mədəni dəyərlərə bağlılığının gücləndirilməsi və sağlam gəncliyin formalaşdırılması baxımından əhəmiyyət daşıyır.

“Tərəqqi Regionların Sosial İnkişafına Yardım” İctimai Birliyi gənclərin şəxsi inkişafına, milli idman ənənələrinin yaşadılmasına və təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsinə yönəlmiş fəaliyyətləri əhəmiyyətli hesab edir.

Anar
Xəbəri paylaş