Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kəlbəcər yenidən canlanır

Kəlbəcər yenidən canlanır



Azərbaycan xalqının uzun illər boyu apardığı mübarizənin əsas məqsədlərindən biri işğal altında olan torpaqlarımızın azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin olunması və doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın öz evlərinə qayıdışının reallaşdırılması olub. 2020-ci il noyabrın 25-də Kəlbəcərin Azərbaycana qaytarılması bu tarixi hədəfə doğru atılan mühüm addımlardan biri kimi yadda qaldı. Bu əlamətdar hadisə xalqımızın tarixi torpaqlarına bağlılığının, sarsılmaz milli iradəsinin və ədalətə olan inamının nümunəsi idi.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə nəticələndi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, siyasi iradəsi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış üçtərəfli Bəyanat müharibəyə son qoyaraq bölgədə yeni siyasi və hərbi reallıqların formalaşmasına yol açdı. Həmin sənədə əsasən, Kəlbəcər də daxil olmaqla bir sıra işğal altında olan ərazilər hərbi əməliyyatlar aparılmadan Azərbaycana qaytarıldı. Bu tarixi nəticə cənab İlham Əliyevin qətiyyətli siyasətinin, xalqımızın birliyinin və ordumuzun gücünün təntənəsi olmaqla, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası istiqamətində həlledici mərhələ təşkil etdi. Ölkə başçısının 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən hər il 25 noyabr Kəlbəcər şəhəri günü kimi qeyd edilir. Əlbəttə ki, bu qərar Kəlbəcərin işğaldan azad edilməsinin tarixi əhəmiyyətini, şəhərin ölkəmizin mənəvi və strateji həyatındakı rolunu bir daha vurğulamaq məqsədi daşıyırdı.
Bu gün artıq Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində Kəlbəcər şəhərinə keçmiş məcburi köçkünlərin köçürülməsinə başlanılıb. Şəhərdə müasir infrastrukturun qurulması, yaşayış binalarının, sosial obyektlərin və digər zəruri müəssisələrin inşası istiqamətində genişmiqyaslı layihələr həyata keçirilir. Bununla yanaşı, Kəlbəcərin digər bölgələrlə nəqliyyat əlaqələrinin yaxşılaşdırılması məqsədilə mühüm yol və tunel layihələri reallaşdırılır, yeni kommunikasiya xətləri yaradılır. Bütün bu quruculuq işləri Kəlbəcərin müasir, abad və dayanıqlı yaşayış məkanına çevrilməsinə, doğma yurdlarına qayıdan sakinlərin rahat və təhlükəsiz həyat şəraitinin təmin olunmasına xidmət edir. Artıq Kəlbəcərdə həyat yenidən canlanır, şəhər öz tarixi simasını bərpa etməklə yanaşı, müasir inkişaf mərhələsinə qədəm qoyur.

Fərid Hacıbəyli
YAP Yevlax rayon təşkilatının əməkdaşı
Xəbəri paylaş