Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fransızların 6%-i Ukraynadakı münaqişədən narahatdır

Fransızların 6%-i Ukraynadakı münaqişədən narahatdır


Fransızların yalnız 6%-i Ukraynadakı münaqişədən narahatdır.

Newscenter.az xəbər verir ki, FMTV-nin İpsos sorğu agentliyinin sorğusunun nəticələri belə deməyə əsas verir.

İnstitutun analitiklərinin fikrincə, 2024-cü ildən bəri Fransanın münaqişəyə marağının azalması tendensiyası müşahidə olunur.

2027-ci ilin yazında Fransada keçiriləcək prezident seçkilərindən əvvəl seçicilər Fransada iqtisadi vəziyyətin yaxşılaşdırılmasına və həyat səviyyəsinin qorunub saxlanılmasına üstünlük verirlər. Respondentlərin qırx yeddi faizi alıcılıq qabiliyyətinin qorunmasından narahatdır.

Sağçı Milli Yürüş partiyasından Fransa prezidentliyinə əsas namizəd olan Marin Le Pen ötən həftə Ukraynanın Parisdəki səfiri Vadim Omelçenkoya Yelisey Sarayına seçiləcəyi təqdirdə ilk altı ay ərzində Kiyevə maliyyə yardımını dayandıracağını bildirib. O, hesab edir ki, Fransanın maliyyə vəziyyəti yardımın davam etdirilməsini qeyri-mümkün edir.

Anar
Xəbəri paylaş