
Milli Məclisin deputatı, MDB-yə üzv dövlətlərin Gənclər Parlamentlərarası Assambleyasında nümayəndə heyətinin rəhbəri Könül Nurullayeva və heyətin üzvü Pərvanə Vəliyeva qurumun 27-ci iclasında iştirak etmək üçün noyabrın 25-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.
Newscenter.az xəbər verir ki, deputatlarımız tədbirdə MDB-yə üzv dövlətlərdə gənclərin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin prioritet istiqamətləri, gənclər üçün beynəlxalq təcrübə proqramları sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərin müzakirələrində iştirak edəcəklər.
Səfər noyabrın 28-də başa çatacaq.
Süleyman












































