
Ermənistanın ötən gün TRİPP layihəsi üzər işlərə rəsmi start verməsi İran molla rejimi tərəfindən “süngü” ilə qarşılanmaqdadır. İranın ali dini rəhbərinin müşaviri Məhəmməd Möhbər Zəngəzur dəhlizinə görə, region dövlətlərini hədələyib. Bildirib ki, saxta marşrutlar heç vaxt əsil dəhlizləri əvəz etməyəcək. İstər İranın cənubunda, istərsə də şimalında, istər Hörmüz boğazından, istərsə də TRIPP-dən (
Zəngəzur) keçən cənub marşrutu olsun. İranın bölgədəki geosiyasi maraqları bizim qırmızı xəttimizdir.
Bir el misalı var: İt əl çəkdi, motal əl çəkmədi.
Mollakratiya öz şakərindən əl çəkmir, burunları girmədiyi yerə başlarını soxur.
Möhbər deyir ki, Zəngəzuru saxta marşrutdur.
Əvvəla, Zəngəzurun keçdiyi xətt tarixi Azərbaycan əraziləridir.
İkincisi, Ermənistan və Azərbaycan ABŞ-ın vasitəçiliyi ilə beynəlxalq sənəd əsasında bu dəhlizi qurur. Beynəlxalq saziş nə vaxtdan saxta olub?
Üçüncüsü, İranın özü elə saxta ölkədir, XX əsrin əvvəlinə qədər dünya xəritəsində belə dövlət olmayıb.
Nəhayət, molla rejimi saxtakarlığın ən böyük nümunəsidir, İslam dini adı altında saxta dini dövlət qurulub ki, yerli xalqları əzir, istismar edir, hüquqlarını pozur, 40 milyon Azərbaycanlıya öz ana dilində tədrisə mane olur.
İran xalqı yalançı mollalara nifrət edir, yanvar hadisələrində ayağa qalxan on minlərlə insan bunu təsdiqlədi.
Qaldı ki, Möhbərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan guya ona dəstək gəlməsinə, bu, artıq həyasızlığın və simasızlığın, ləyaqətsizliyin, utanmazlığın əlamətidir.
Cənab Ərdoğan Zəngəzurla bağlı İranı müdafiə edən heç bir fikir söyləməyib, əksinə “Zəngəzur dəhlizinin açılması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı nəqliyyat infrastrukturunu gücləndirəcək, Türkiyə ilə Türk dünyası arasındakı əlaqələr üçün yeni bir imkan pəncərəsi açacaqdır” bəyanatı verməklə konkret mövqeyini bildirib.
İslam dinində yalan və iftira ən böyük günah və haram sayılır, xüsusilə də dövlətin siması olan Prezidentinin adından şər danışmaq o şəxsin alçaq mənəviyyatını əks etdirir.
Adını İslam dövləti qoymuş rejimin müşavirinin bu əməli islam adına ləkədir.
Ali dini rəhbərin müşaviri bu iftira ilə Azərbaycan və Türkiyə arasındakı sarsılmaz qardaşlığı pozmağa da çalışır. Bu xain hərəkət onu da göstərir ki, ötən ay iki qardaş ölkə arasında nifaq toxumu səpənlərin arxasında elə İran dini rejimi dayanırmış.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, proferssor












































