Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Ermənistan istehsalçısının məhsullarının baytarlıq sertifikatlaşdırılmasının dayandırılmasını tələb edib

Rusiya Ermənistan istehsalçısının məhsullarının baytarlıq sertifikatlaşdırılmasının dayandırılmasını tələb edib



"Rosselxoznadzor" Ermənistan Qida Təhlükəsizliyi Müfəttişliyindən bu ölkənin taxıl emalı, un və yem istehsalı şirkəti olan Modus Granum-dan Rusiyaya tənzimlənən məhsulların göndərilməsi üçün baytarlıq sertifikatlaşdırmasını "Rosselxoznadzor" mütəxəssisləri tərəfindən yoxlanılana qədər dayandırmağı xahiş edib.

Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Sənədlərdə qeyd edilir ki, Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət Ermənistan Respublikasının Qida Təhlükəsizliyi Müfəttişliyindən bu ölkənin "Modus Granum" MMC müəssisəsindən tənzimlənən məhsulların Rusiya alıcıları üçün baytarlıq sertifikatlaşdırmasının 15 oktyabr 2026-cı il tarixindən etibarən "Rosselxoznadzor" mütəxəssisləri tərəfindən yoxlama aparılana qədər dayandırılmasını xahiş edib.

15 oktyabr 2026-cı il tarixinə qədər göndərilən adı çəkilən müəssisənin məhsulları Ermənistan Respublikasından Rusiya Federasiyasına gələrsə, belə yüklərin buraxılması qərarı adi qaydada qəbul ediləcək.

Anar
Xəbəri paylaş