Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlaxda əmlak bazarında qiymətlər artıb

Yevlaxda əmlak bazarında qiymətlər artıb


Yevlaxda həyata keçirilən infrastuktur layhələri və quruculuq-abadlıq işləri şəhərin daşınmaz əmlak bazarında qiymətlərə də təsirsiz ötüşməyib.

Newscenter.az-ın Yevlaxda daşınmaz əmlak satışı ilə məşğul olan bir neçə xırda sahibkara istinadən verdiyi məlumata görə, son 2-3 ay ərzində şəhərdəki daşınmaz əmlakın, mənzil, torpaq sahəsinin qiyməti 5-8 min manat arasında dəyişib:

"Əgər bu ilin may-iyun aylarında iki otaqlı mənzilin qiyməti 50-55 min arasında dəyişirdisə, hazırda eyni otaq sayına malik mənzili 60 minə almaq mümkün olur. Eləcə də torpaq sahəsinin qiymətində də artım müşahidə olunur".

Əmlak bazarı iştirakçıları bunu Yevlaxda aparılan infrastruktur layihələri, eləcə də dövlət səviyyəsində şəhərə olan diqqətin artması ilə əlaqələndirirlər:

"Xüsusilə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın bu ilin iyul ayında Yevlaxa səfəri və şəhərdə bir sıra infrastruktur obyektlərinin, eləcə də abad məhəllənin açılışında iştirakı Yevlaxın daşınmaz ımlak bazarına təsirsiz ötüşməyib və daşınmaz əmlak bazarında son 2-3 ay ərzində ciddi qiymət artımı müşahidə edilib".

Süleyman
Xəbəri paylaş