
"Azərbaycana qarşı xaricdən ideoloji və informasiya müharibəsi aparılır. Eyni mərkəzdən idarə olunan həmin müharibdə din faktorundan istifadə edilirək cəmiyyətin ən həssas kəsiminin inancını, dini heysiyyatını alətə çevirmək cəhdləri var. Hicab bəhanədir, onun alt qatlarında daha təhlükəli və məkrli planlar durur".
Bunları Newscenter.az-a siyasi şərhçi Əli Orucov deyib. O bildirib ki, Azərbaycanda dini etiqad azadlığı var və inancına görə də heç kimi hansısa formada təqiblərə və qısnamalara məruz qalmayıb:
"Təsadüfi deyil ki, tolerant və çoxkonfesiyalı dövlət olaraq həmişə nümunə çəkilmişik və Azərbayacan modeli və təcrübəsi yüksək qiymətləndirilib. Dünyada və regionda gedən sürətli transformasiyalar, dəyişikiliklər, təhlükələrin artdığı indiki dövrdə daha qətiyyətli, ehtiyatllı və diqqətli olmağı tələb edir. Eyni zamanda İranın Azərbaycana qarşı düşmən mövqeyi, fars şovinizminin getdikcə kəskinləşməsi son dövrlər açıq müstəviyə keçib. Tehran Bakını qarşıdurmaya və təxribata sürükləməyə çalışır. Məqsəd də aydındır münaqişəni, qeyri-sabitliyi daha geniş çoğrafiyaya yaymaq, Bakının artan beynəlxalq nüfuzunun qarşısını almaq, regiondakı böyük çətinliklərlə əldə olunun sülhü, sabitliyi pozmaqdır".
Əli Orucov təəssüf hissi ilə qeyd edib ki, qardaş Türkiydə də bəzi dairlər eyni xətti seçərək Azərbaycan dövlətinə və prezidenti İ.Əliyevə qarşı qarayaxma, böhtan kampaniyası aparırlar:
"Dövlətimizi Türkiyə cəmiyyətində gözdın salır, iki qardaş, dost dövlət arasında nifaq toxumu səpməyə, narazılıqlar yaratmağa çaılışırlar. Hansılar ki, qatı və radikal islamçılar, FETÖ terror örgütünün tör-töküntüləri Türkiyənin özü üçün də problemə çevriliblər. Azərbaycan cəmiyyətinin qardaş Türkiyədə gözləntiləri bu kampaniyanın tezliklə dayandırılması, proseslərin arzuolunmaz istiqamətə getməsinə imkan verilməməsidir. Azərbaycanda hər hansı bir qərarla narazılıq yaxud etirazlar varsa, bunu Azərbaycan cəmiyyəti səbrlə, uzaqgörənliklə həllinə nail olunacağı düşüncəsindəyəm. Bu yöndə də fəaliyyət göstərilir. Lakin həm Türkiyədən, həm İrandan gələn qızışdırcı bəyanatlar və atılan addımlar qəbuledilməzdir. Bunun qarşısı da alınır və alınacaqdır. Azərbaycanın güclü dövlətdir və onun iradəsini belə çirkli təxribatlarla və oyunlarla sındırmaq mümkün deyil".
Süleyman












































