Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyasi partiyalarla əlaqələrin inkişafı, dialoq və əməkdaşlıq mühitinin genişləndirilməsində uğurlu 7 il

Siyasi partiyalarla əlaqələrin inkişafı, dialoq və əməkdaşlıq mühitinin genişləndirilməsində uğurlu 7 il


29 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunda yaradılmış Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin fəaliyyətə başlamasından 7 il ötür.

Ötən yeddi il ərzində şöbə ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyət daşıyan istiqamətlər üzrə fəaliyyət göstərmiş, siyasi partiyalarla əlaqələrin inkişafı, siyasi dialoq və əməkdaşlıq mühitinin genişləndirilməsi, qanunvericilik hakimiyyəti ilə qarşılıqlı münasibətlərin əlaqələndirilməsi istiqamətində özünəməxsus institusional rol formalaşdırmışdır.

Müasir dövlət idarəçiliyində siyasi dialoqun, qarşılıqlı etimadın, konstruktiv əməkdaşlığın və müxtəlif siyasi mövqelərin qanunvericilik çərçivəsində ifadə olunması üçün imkanların mövcudluğu xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan şöbənin fəaliyyəti dövlət institutları ilə siyasi qüvvələr arasında əlaqələrin inkişafı, ictimai-siyasi proseslərdə dialoq mədəniyyətinin təşviqi və siyasi münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsi baxımından diqqətəlayiqdir.

Şübhəsiz ki, hər bir dövlət qurumunun fəaliyyətinin səmərəliliyi onun qarşıya qoyulan vəzifələrin icrasına məsuliyyətli yanaşması, peşəkarlığı və ictimai etimadın möhkəmləndirilməsinə verdiyi töhfə ilə ölçülür. Ədalət Vəliyevin rəhbərliyi altında şöbənin üzərinə düşən vəzizfələri layiqincə yerinə yetirdiyi hər kəs tərəfindən qəbul olunan həqiqətdir.
Bu günki gün münasibətilə şöbənin kollektivini ürəkdən təbrik edir, məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayıram!

Yusif Bağırzadə, politoloq
Xəbəri paylaş