Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mediatorluğa namizədin yekun imtahanı keçirilib

Mediatorluğa namizədin yekun imtahanı keçirilib



27 noyabr 2026-cı il tarixində mediasiya təlim qurumu olan AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında "Mediatorların ilkin hazırlıq kursu"nu başa vuran 25 nəfər mediatorluğa namizədin yekun imtahanı keçirilib.

Newscenter.az xəbər verir ki, imtahanda “Mediatorların hazırlığı və ixtisaslarının artırılması ilə bağlı Təlim Qaydası”nın təsdiq edilməsi barədə Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, İmtahan Komissiyası tərəfindən mediasiya ilə bağlı namizədlərin nəzəri və təcrübi bilikləri yoxlanılıb.

Qeyd edək ki, imtahanda Ədliyyə Akademiyasının Vəkillərin və mediatorların tədrisi fakültəsinin baş məsləhətçisi Natəvan Nəbiyeva, Mediasiya Şurası İdarə Heyətinin üzvü Sima Yaqubova və Bakı Apellyasiya Məhkəməsinin hakimi Fuad Abdiyev namizədlərin bilik və bacarıqlarını yoxlayıb.

İmtahanda iştirak edən 25 nəfər mediatorluğa namizəd məqbul qiymətləndirilib.

Süleyman
Xəbəri paylaş