Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Futbol oyunu zamanı baş verən qarşıdurma beynəlxalq skandal səviyyəsi həddinə çatıb

Futbol oyunu zamanı baş verən qarşıdurma beynəlxalq skandal səviyyəsi həddinə çatıb


Gürcüstanda, Batumidə Beşiktaş futbol takımı (komandası) azərkeşləri ilə polis arasında baş verən qarşıdurma beynəlxalq skandal səviyyəsi həddinə çatıb. Artıq Türkiyə və Gürcüstan arası diplomatik ittihamlar başlayır. UEFA da oyunun nə dərəcədə real şəraitdə keçirildiyini araşdırır.
Həmin qarşıdurmada isə xeyli türkiyəli azərkeş həbs edilib və xeyli polis əməkdaşı xəsarət alıb. Xeyli qədər də Batumi küçələrindəki obyektlərə, maşınlara ziyan verilib. Hamısı nəyin üstündə?! Fələstin bayrağının üstündə... Niyə, nə olub axı?
Türkiyənin futbol komandası Gürcüstanda oyun keçirir və Türkiyə türk milli bayrağı qalıb, NATO üzvü, Avropa İttifaqına can atan, Avropa dövləti Türkiyənin azərkeşləri stadionda ərəb bayrağını qaldırır. UEFA və Gürcüstan hökuməti qaydaları, qanunlarını iqnor edib siyasi şüarlar söyləyirlər.
Sanki müqəddəs nəsə uğrunda canları, qanları ilə polisə sərt müqavimətlə Fələstinin bayrağını qoruyurlar. Türkiyə cümhuriyyəti vətəndaşları... Türkiyəyə, türk xalqına-millətinə lazımdırmı bu?
Görünür ki, əsil türk azarkeşləri yerinə Batuma qatı radikal islamçılarının axını təşkil edilibmiş. Görün ki, islam radikalizmi Atatürk Türkiyəsini hansı bir duruma gətirib. Çox və acı təəssüflər.
Xəbəri paylaş