Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropanın Azərbaycana marağı artır

Avropanın Azərbaycana marağı artır


"Son günlər Azərbaycana bir sıra Avropa ölkələrindən olan səfərlərin sayının artması dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin nəticəsidir".

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib. Millət vəkili bildirib ki, Avropa rəsmilərinin Azərbaycana marağının artması və səfərlərin intensivliyinin çoxalması bir sıra amillərlə bağlıdır:

"İlk növbədə enerji sahəsində əməkdaşlıq mühüm yer tutur. Bildiyimiz kimi Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm yer tutur. Bu gün Avropanın 13 ölkəsi Azərbaycan qazını alır. Qarşıdan gələn qış mövsümü Avropanın enerji tələbatına olan ehtiyacını artırır. Ona görə də Avropada Azərbaycanla enerji sektorunda əməkdaşlığa xüsusi önəm verilir".

Millət vəkili qeyd edib ki, ikinci mühüm məqam nəqliyyat-logistika sahəsində Azərbaycanın malik olduğu imkanlarla bağlıdır. Elman Nəsirov deyib ki, Avropa ölkələri də öz məhsullarını Azərbaycanın tranzit imkanlarından istifadə etməklə dünya bazarlarına çıxarılmasında maraqlıdırlar.

Süleyman
Xəbəri paylaş