Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Eşitmə və nitq qüsurlu insanlar üçün təcili yardım çağırmaq sadələşdirilib

Eşitmə və nitq qüsurlu insanlar üçün təcili yardım çağırmaq sadələşdirilib


Qazaxıstanda eşitmə və nitq qüsurlu insanlar üçün təcili yardım çağırmaq sadələşdirilib.

Newscenter.az "Kazinform"a istinad'n bildirir ki, Şımkent sakinləri artıq telefon zəngi etmədən Telegram vasitəsilə təcili yardım çağıra bilərlər. Yeni xidmət əsasən 103 nömrəsinə zəng etməkdə çətinlik çəkən eşitmə və nitq qüsurlu insanlar üçün nəzərdə tutulub.

Bunun üçün Şımkent təcili yardım stansiyasında xüsusi bot istifadəyə verilib. Xidmət zəngi emal etmək üçün xəstənin yeri, şikayətləri və sağlamlıq vəziyyəti haqqında məlumat toplayır.

Bot daim ünvanı, kimin tibbi yardıma ehtiyacı olduğunu, müraciət edənin xəstə ilə qohumluğunu və onu nəyin narahat etdiyini soruşur. Lazım gələrsə, xəstənin şikayətləri və vəziyyəti haqqında əlavə məlumat verilə bilər. Tamamlanmış sorğu sonrakı emal üçün dispetçerə göndərilir.

Leyla
Xəbəri paylaş