Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək


Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 2-də Masallı rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Masallı Rayon Polis Şöbəsinin inzibati binasında keçiriləcək qəbulda Masallı, Lənkəran, Lerik, Astara, Yardımlı şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı dekabrın 1-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı dekabrın 2-də 08:00-da Masallı Olimpiya İdman Kompleksində keçiriləcək.

Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Cavid
Xəbəri paylaş